İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hans-Diter Flik yeni nailiyyətə imza atıb.
Sport1.az xəbər verir ki, alman mütəxəssis buna Kataloniya təmsilçisinin "Atletiko"ya 4:2 hesabı ilə qalib gəldiyi La Liqa oyununda nail olub.
Kataloniyalılar 18 matçdır (15 qələbə, 3 heç-heçə) uduzmur. Beləliklə, Hans-Diter Flik məğlubiyyətsizlik seriyasında keçmiş baş məşqçi Xavinin uğurunu təkrarlayıb.
"Barselona" hazırda 60 xalla La Liqada liderdir.
Sport1.az