İspaniya La Liqasının XXVIII turunda "Barselona" "Atletiko"nun qonağı olub. Sport1.az xəbər verir ki, qarşılaşma Kataloniya təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalibiyyət qollarından birini Robert Levandovski vurub. Polşalı hücumçu cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 40-cı matçda 35-ci dəfə fərqlənib.
Beləliklə, Levandovski son dörd mövsümdə "Barselona"nın heyətində 35 və daha çox qol vuran ilk oyunçu olub. Sonun dəfə Lionel Messi 2020/2021 mövsümündə 47 qarşılaşmada 38 dəfə rəqib qapılarına yol tapmışdı.
Sport1.az