Futbol / Çempionlar Liqası
13:03
12.03.2025
205
İtaliyanın "İnter" klubunun futbolçusu Hakan Çalhanoğlu Çempionlar Liqasında (ÇL) yeni uğura imza atıb.
Sport1.az xəbər verir ki, yarımmüdafiəçi buna Niderland təmsilçisi “Feyenoord”a 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final mərhələsinin cavab oyununda fərqlənməklə nail olub.
O, qitənin bir nömrəli klub turnirində qollarının sayını 10-a çatdırıb. Hakan Çalhanoğlu ÇL-də Burak Yılmaz (13 qol) və Hakan Şükürdən (13 qol) sonra 10+qol vuran ilk türk oyunçudur.
Sport1.az