Futbol / Çempionlar Liqası
14:04
13.03.2025
66
"Atletiko" 1997-ci ilin martından bəri öz stadionunda Çempionlar Liqasının pley-off matçlarında uduzmayıb. Sport1.az xəbər verir ki, bu barədə Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.
Madrid təmsilçisi həmin vaxtdan sonra 19 görüşün əsas vaxtında yenilmir. Bunların 12-də qələbə, 7-də heç-heçə qeydə alınıb.
Qeyd edək ki, "Atletiko" ötən gün əsas vaxtı 1:0 hesabı ilə başa çatan 1/8 final mərhələsinin cavab oyununun penaltilər seriyasında "Real"a uduzub - 2:4.
Sport1.az