Futbol / Çempionlar Liqası
10:07
13.03.2025
32
Braziliya millisinin futbolçusu Vinisius Junior ilk dəfə İspaniyanın "Real" klubunun heyətində penaltidən (penaltilər seriyası istisna) yararlana bilməyib.
Sport1.az xəbər verir ki, bu barədə "Squawka" nəşri məlumat yayıb.
24 yaşlı hücumçu Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" ilə cavab matçının 70-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini boşa verib.
Qeyd edək ki, "Atletiko" əsas vaxtda 1:0 hesablı qələbə qazanıb. Penaltilər seriyasında "Real" daha dəqiq olub - 4:2.
Sport1.az