“Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk”la heç-heçə etdi - 1:1.
Qarşılaşmadan sonra paytaxt təmsilçisinin üzvü Tiaqo Silva oyunla bağlı fikirlərini
Sport1.az-a açıqladı:
"Matç bizim üçün çox çətin keçdi. Düşünürəm ki, ilk hissə də yaxşı oynasaq da, fasilədən sonra rəqibimiz daha üstün tərəf idi. Bəzi cəhətlərdə yaxşı olduqları üçün ikinci hissədə oyunu idarə etdilər. Nəticə olaraq qarşılaşma bərabərliklə yekunlaşdı. Cavab matçını səbirsizliklə gözləyirəm."
Qolkiper növbəti matçda "Hayduk"u keçəcəklərinə inanır:
"Buna inanmasaydıq, heç cavab matçına çıxmazdıq. Bu gün biz nəyə qadir olduğumuzu göstərdik. Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik."EMİN ZEYNALLI
Sport1.az