II Liqanın 24-cü turunda "Şəfa" "Şahdağ-Qusar"la heç-heçə etdi - 0:0. Matçdan sonra paytaxt təmsilçisinin çalışdırıcısı Elgiz Kərəmli
Sport1.az-a açıqlamasında oyunla bağlı bunları söylədi:
"Qələbə qazanmaq istəyirdik. Lakin alınmadı. Əzmkar oyunlarına görə futbolçularıma təşəkkür edirəm. Növbəti 2 turda da çempionluq üçün oynayacağıq. Maksimum nəticə əldə edərək rəqibin xal itirməsini gözləyəcəyik. Ümid edirəm ki, son turda çempion olacağıq. Hər iki komandanın azarkeşlərinə gözəl atmosfer yaşatdıqları üçün təşəkkür edirəm. Qələbə qazana bilməsək də, bu gün Azərbaycan futbolu qazandı".Baş məşqçi oyunu idarə edən referi barədə də fikirlərini bildirdi:
"Hakim bəzi epizodlarda səhvlər etmiş ola bilər. Hamımız insanıq. Hər kəs səhv edə bilər. Oyunda bəzən gərginliklər yaşansa da, böyüdüləcək nəsə olmadı".EMİN ZEYNALLI
Sport1.az