Misli Premyer Liqasının 33-cü turunda "Şamaxı" "Səbail"lə heç-heçə etdi - 1:1.Qonaqların vingeri Rüfət Abdullazadə oyunla bağlı fikirlərini
Sport1.az-a açıqladı:
"Gərgin oyun keçdi. Qələbə qazanmaq istəyirdik, amma alınmadı. Növbəti oyunlara daha yaxşı hazırlaşacağıq. İkinci hissədə daha inamlı oynayırdıq. Lakin bunu birinci yarıda etməliydik. İkinci 45 dəqiqədə fürsətlərimiz olsa da, rəqib qapıçı çox yaxşı çıxış etdi. Əsas məqsədimiz səfərdən 3 xalla dönmək idi. Növbəti qarşılaşmalarda bunu bacaracağımıza inanıram".MURAD ABDULLAZADƏ
Sport1.az