"Zirə"nin üzvü Ange Mutsinzinin Sport1.az-a müsahibəsi...-
Çətin səfərdə vacib qələbə qazandınız. "Səbail"i 1:0 hesabı ilə məğlub etdiniz. Matçla bağlı fikirlərin maraqlıdır...- Oyun asan keçmədi. Daha yaxşı nəticə əldə edə bilərdik. İlk hissədə rəqibin təzyiqi olsa da, fasilədən sonra bu problemi aradan qaldırdıq.
-
"Zirə" avrokuboklara vəsiqəni təmin edib. Gələn mövsüm beynəlxalq turnirlərlə bağlı hədəfiniz nədir?- Avropaya vəsiqə qazanmağımız yaxşı uğur kimi sayıla bilər. Amma təkcə bununla kifayətlənə bilmərik. Avropa Liqasının və ya Konfrans Liqasının əsas mərhələsində iştirak etmək hədəfimizdir.
-
Son iki turda "Sabah" və "Araz-Naxçıvan"la qarşılaşacaqsınız. Bu oyunlar haqqında nə deyə bilərsən?- Matçlara hazırlığımız həmişəki kimi olacaq. Hazırda heç bir dəyişiklik yoxdur. Demək olar ki, bu il ən yaxşısı üçün əlimizdən gələni etdik. Əziyyətimizin bəhrəsini gördük və böyük nailiyyət əldə etdik.
-
Azarkeşlər barədə nə düşünürsən?- Əlbəttə ki fanatların dəstəyi hər oyunda motivasiyamız üçün ən böyük amildir. Onlar ev və ya səfər fərq etmədən hər matç bizimlədirlər. Bizə çox böyük ruh yüksəkliyi verirlər. Onlara buradan bu il verdikləri dəstəyə görə sonsuz təşəkkür edirəm.
EMİN ZEYNALLI
Sport1.az