Misli Premyer Liqasının 33-cü turunda "Neftçi" "Kəpəz"lə heç-heçə etdi - 2:2.Qarşılaşmadan sonra qonaqların qapıçısı Rojerio Santos oyunla bağlı fikirlərini
Sport1.az-a açıqladı:
"Görüşün ilk hissəsində rəqib bizdən üstün tərəf oldu. Fasilədən sonra özümüzə gələrək üstünlüyü ələ keçirdik. Təəssüf ki, son dəqiqələrdə hesabı qoruya bilmədik".Portuqaliyalı qapıçı Gəncə təmsilçisinin Premyer Liqada qalmaq şansının çox olduğunu bildirdi:
"Bu, futboldur. Hər şey ola bilər. Səhv etmirəmsə, son 7-8 oyunda cəmi 2 məğlubiyyətimiz var. "Qarabağ" və "Araz-Naxçıvan"a qarşı bərabərlik "Sabah"la oyunda qələbə. "Zirə" və "Şamaxı" ilə oyunlarda məğlub olmuşuq. Mübarizə apardığımız komandaların bəziləri 1 xal üçün meydana çıxdığından işimiz daha da çətinləşir. Nəticə olaraq onu deyə bilərəm ki, hazırda bizim elitada qalmaq şansımız daha çoxdur".EMİN ZEYNALLI
Sport1.az