Misli Premyer Liqasının 32-ci turunda "Sabah" doğma divarlar arasında "Qarabağ"dan xal qoparmağı bacardı. Qarşılaşma 1:1 hesabı ilə tamamlandı. "Bayquşlar"ın üzvü Boyan Letiç oyunla bağlı fikirlərini
Sport1.az-a açıqladı:
"Fikrimcə, maraqlı matçın şahidi olduq. Hər iki komandanın şansları var idi. Oyun hər iki tərəfin lehinə çevrilə bilərdi. Məncə, bizim imkanlarımız nisbətən daha çox oldu, amma istifadə edə bilmədik. Qol vurduğuma görə şadam. Amma əsas olan komandamın nəticəsidir. Bizi kubokun finalında "Qarabağ"la çox vacib oyun gözləyir. İnanıram ki, həmin matçda qalib gələrək tarixi nəticəyə imza atacağıq".
Sport1.az