Premyer Liqanın gümüş mükafatçısı "Zirə" ölkəmizi Konfrans Liqasında təmsil edəcək."Qartallar" II təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək.
Paytaxt təmsilçisi güclü rəqibi üstələyə biləcəkmi? Rəşad Sadıqovun komandası Split təmsilçisini mübarizədən kənarlaşdıra bilər?
Suallarımızı Zaur Həşimova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Zirə”ni Konfrans Liqasında çətin sınaq gözləyir. “Hayduk” Xorvatiyanın köklü klublarındandır. Onlar ötən mövsüm yaxşı mübarizə apardılar və son tura kimi çempionluq üçün döyüşdülər. Split təmsilçisi qızıl medalları təmin edən “Riyeka”dan və vitse-çempion “Dinamo”dan (Zaqreb) cəmi iki xal geri qalaraq finişdə 3-cü oldu. “Qartallar” deyərdim ki, çempionluğa diş atan Xorvatiya klubu ilə döyüşəcək. Rəşad Sadıqovun komandasının avrokuboklara ciddi hazırlaşacaq. Onların burada yaxşı mübarizə aparacaqları şübhəsizdir. Düşünürəm ki, xarakter, əzm göstərsək, mərhələni keçən tərəf biz ola bilərik”. MİRZƏ S.
Sport1.az