“Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk”la heç-heçə etdi - 1:1.
Qarşılaşmadan sonra paytaxt təmsilçisinin üzvü Brahima Konate görüşlə bağlı fikirlərini
Sport1.az-a açıqladı:
"Mən cəmi 30 dəqiqə meydanda olsam da, düşünürəm ki, ilk hissə də əla oyun nümayiş etdirdik. Növbəti matçda da bu üslübu davam etdirsək, mərhələni adlamaq şansımız çox yüksəkdir. Ümid edirəm ki, bunu bacaracağıq".
Fransalı yarımmüdafiəçi zədəsi barədə də açıqlama verdi:
"Dəqiq nəsə deyə bilmərəm. Xəstəxana hər şey dəqiqləşdikdən və proseduru bildikdən sonra bu haqda danışmaq olar."
EMİN ZEYNALLI
Sport1.az