Misli Premyer Liqasında 2024/25 mövsümü başa çatdı."Qarabağ" çempion oldu. "Səbail" isə Premyer Liqanı tərk etdi. Çempionatla bağlı bütün statistik məqamları bilirik. Görəsən, Premyer Liqada baş hansı maraqlı və qeyri-adi məqamlar yaşandı?
Sualımızı Ceyhun Sultanova ünvanladıq. Futbol funksioneri
Sport1.az-a açıqlamasında bunları söylədi:
Sport1.az olaraq bu sualları aydınlaşdırmaq üçün futbol funksioneri Ceyhun Sultanova müraciət etdik.
“Hansı klubun inkişaf etdiyini detallı şəkildə bilmək üçün mütləq komandanın daxilində olmaq lazımdır. Fikrimcə, Premyer Liqamızda sensasiya baş vermədi. “Qarabağ” bütün rəqiblərini sıradan çıxararaq erkən çempionluğunu rəsmləşdirdi. “Neftçi” ilə “Sabah” gözlədiyim ümidləri doğrultmadı. “Zirə” ilə “Araz-Naxçıvan” pis döyüşmədilər. Ayxan Abbasovun gəlişindən sonra “Şamaxı” daha yaxşı çıxış etməyə başladı. Onlar bir çox güclü komandalara başağrısı olmağı bacardılar. Ümumi götürəndə mənə görə maraqlı mövsüm keçdi. Düşünürəm ki, komanda sayının artmasıyla gələn il daha rəqabətli, rəngarəng çempionat keçəcək. Avrokuboklara ölkəmizi təmsil edəcək klublarımızı da uğurlar arzulayıram”.
MİRZƏ S
Sport1.az