Avropa Liqasında mübarizə aparacaq "Sabah"ın rəqibi bəlli oldu. Masazır təmsilçisi I təsnifat mərhələsində Sloveniyanın "Çelye" klubu ilə qarşılaşacaq.
Maraq üçün bildirək ki, rəqib ötən mövsüm Konfrans Liqasında 1/4 finala vəsiqə qazanıb. Buna rəğmən, "Çelye"ni keçmək olar?
Sualımızı Ceyhun Sultanova ünvanladıq. Futbol funksioneri mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Sabah" çətin rəqiblərin yer aldığı səbət düşmüşdü. Onlar arasında "Şerif", "Spartak" (Trnava) və "Çelye" münasib rəqiblərdir. Hesab edirəm ki, Sloveniya klubu "bayquşlar"ın dişinə görədir və onları keçə bilərlər. Masazır təmsilçisinə uğurlar arzu edirəm". MİRZƏ S.
Sport1.az