“Milan”ın 30 yaşlı fransız yarımmüdafiəçisi Adrien Rabyo “Marsel”dən “Milan”a keçidi barədə danışıb.
Sport1.az xəbər verir ki, Rabyo deyib:
"Mən əla mövsüm keçirdim və "Marsel"in Çempionlar Liqasına qayıtmasına kömək etdim. Təbii ki, bu, təkcə mən deyiləm... amma sonda hamı kimi mən də səhv başa düşüldüyümü və bir növ xəyanət hiss etdim".Avqustun 15-də “Marsel”in “Renn”lə oyunundan sonra komandanın soyunub-geyinmə otağında Adrien Rabyo Conatan Ru arasında dava düşüb. Klub hər iki futbolçunu transfer siyahısına yerləşdirib. Conatan Ru İtaliyanın "Bolonya" klubuna yollanıb, Adrien Rabyo isə karyerasını "Milan"da davam etdirir.
Sport1.az