“Vulverhempton”un 25 yaşlı braziliyalı hücumçusu Mateus Kunya “Mançester Yunayted”ə keçməyə hazırlaşır.Sport1.az xəbər verir ki, istedadlı forvardın yaxın günlərdə “qırmızı şeytanlar”a keçidi rəsmiləşəcək.
Onun yeni klubu ilə müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub.
Məlumata görə, braziliyalı hücumçunun keçidi Mnaçester klubuna 74 milyon avroya başa gələcək.
Qeyd edək ki, bu mövsüm Kunya bütün turnirlərdə 36 matçda iştirak edib, 17 qol vurub və 6 məhsuldar ötürmə verib.
Sport1.az