Pol Poqba karyerasını Türkiyədə davam etdirə bilər. Sport1.az xəbər verir ki, 2024-cü ilin noyabrında 1,5 illik dopinq cəzası alan və karyerasında yeni səhifə açmaq istəyən yarımmüdafiəçi "Trabzonspor"a təklif olunub. Lakin Qaradəniz təmsilçisi bu təklifə heç bir cavab verməyib.
Qeyd edək ki, "Trabzonspor" 35 turdan sonra Super Liqada 7-ci pillədə qərarlaşıb.
Sport1.az