Fransa millisi ilə dünya çempionu olmuş Pol Poqbanın yeni klubu müəyyənləşib. Sport1.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
32 yaşlı yarımmüdafiəçinin "İnter Mayami"yə keçməyə qərar verdiyini bildirir.
Məlumata görə, tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir. Poqbanın qərarına Lionel Messinin "İnter"də olması da təsir edib.
Onun son klubu "Yuventus" olub və onun müqaviləsi ötən ilin oktyabrında ləğv edilib. Futbolçu daha əvvəl "Mançester Yunayted"də də çıxış edib.
Sport1.az