“Yuventus” ilə müqaviləsinə xitam verildikdən sonra klubsuz qalan Pol Poqba MLS təmsilçisinin formasını geyinə bilər.Sport1.az xəbər verir ki, “DC Yunayted” fransalı oyunçunun transferini qısa müddətdə yekunlaşdırmaq üçün hərəkətə keçib. Bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Ulduz futbolçunun da təklifə müsbət yanaşdığı qeyd olunub.
Xatırladaq ki, Poqbanın adı bəzi Türkiyə klubları ilə də hallanırdı.
Sport1.az