İngiltərəli futbolçu Ceydon Sançoni istəyən klublar müəyyənləşib. Sport1.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Vingerin xidmətində Avropanın dörd klubu maraqlıdır. Almaniyanın "Borussiya" və "Bayer" klubları Sançonu yaxından izləyir. Hər iki klub ingilisin transferini hədəfləyir və onlar İtaliya A Seriyasında çıxış edən "Roma" və "Latsio"nun rəqabətiylə üzləşə bilər.
"Çelsi" oyunçunu almasa, Sançonun Almaniya və ya İtaliyaya transferi mümkündür.
Xatırladaq ki, futbolçunun hüquqları İngiltərənin "Mançester Yunayted" klubuna məxsusdur.
Ceydon Sanço cari mövsümün əvvəlində 25 milyon avroya satın alma müqabilində icarə əsasında "Çelsi"yə keçib. Londonlular 5 milyon avro cərimə ödəyə və satın alma bəndini ləğv edə bilər. "Çelsi" hələ ki, futbolçu ilə bağlı yekun qərar verməyib.
Sport1.az