İspaniyanın “Barselona” klubunun futbolçusu Rafinya “Borussiya” (Dortmund) ilə matçda komandasının qələbəsində yaxından iştirak edib.
Sport1.az xəbər verir ki, braziliyalı vinger almanlarla matçda 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Braziliyalı futbolçunun cari mövsümdə Çempionlar Liqasında (ÇL) 12 qolu və 7 məhsuldar ötürməsi var. Yəni, “qol+ötürmə” sistemi üzrə 19 xala sahibdir.
Beləliklə, Rafinya 2011/12 mövsümündə “Barselona”da Lionel Messinin 14 qol və 5 məhsuldar ötürmə (19 xal) rekordunu təkrarlayıb.
Qeyd edək ki, “Barsa” öz meydanında ÇL-in 1/4 final mərhələsinin ilk oyununda “Borussiya”nı böyük hesabla (4:0) məğlub edib.
Sport1.az