“Barselona”nın sabiq ulduzunun bu yaxınlarda karyerasını başa vuracağı açıqlanıb.Sport1.az xəbər verir ki, İvan Rakitiç gələn həftənin sonu futbolla vidalaşacaq. Bu barədə “Sportske Novosti” məlumat yayıb.
Xorvatiyalı yarımmüdafiəçi hazırda ölkəsinin “Hayduk Split” klubunda oynayır.
37 yaşlı oyunçu karyerası ərzində “Əl-Şəbab”, “Sevilya”, “Barselona”, “Şalke”, “Bazel” kimi komandaların formasını geyinib.
Qeyd edək ki, Rakitiçin hazırki klubu ilə mövsümün sonu müqaviləsi başa çatır və kontraktda 1 il uzadılma maddəsi də mövcuddur.
Sport1.az