Son günlər mediada "Qarabağ"ın "Beşiktaş"ın sabiq futbolçusu Vinsent Abubakarı transfer edəcəyi ilə bağlı xəbərlər yayılmaqdadır.Sport1.az olaraq məsələyə aydınlıq gətirmək üçün klub ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev saytımıza açıqlamasında yayılan məlumatların əsassız olduğunu bildirdi.
Qeyd edək ki, 33 yaşlı hücumçu son komandası olan "Hatayspor" ilə may ayının 9-u tarixində yolları ayırmışdı və hazırda azad agent statusundadır. Kamerunlu futbolçu karyerası ərzində "Beşiktaş", "Əl-Nəsr", "Portu", "Lorient" kimi klublarda forma geyinib.
MURAD ABDULLAZADƏ
Sport1.az