İtalyan yarımmüdafiəçi Nikolo Zaniolo yeni mövsümdə Portuqaliya çempionatında çıxış edə bilər.Sport1.az xəbər verir ki, 2027-ci ilə qədər “Qalatasaray”la müqaviləsi olan futbolçu ilə “Benfika” maraqlanır. 26 yaşlı oyunçunun transfer dəyəri 12 milyon avrodur. Qeyd edək ki, Zaniolo ötən mövsümün ikinci yarısını icarə əsasında “Fiorentina”da keçirib və 36 oyunda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az