"Barselona" "Mançester Yunayted"in futbolçusu Markus Reşfordun transferini açıqlayıb.
Sport1.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingiltərəli hücumçu icarə əsasında yeni komandasında çıxış edəcək.
27 yaşlı futbolçu ilə 1 illik icarə müqaviləsi imzalanıb. Müqavilədə satınalma şərti də var.
Qeyd edək ki, Markus Reşford “Mançester Yunayted”in yetirməsidir. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirib.
Sport1.az