Junior Firpo "Lids"dən ayrıla bilər.
Sport1.az xəbər verir ki, 28 yaşlı futbolçu ilə 3 klub yaxından maraqlanır. Söhbət "Latsio", "Milan" və "Lion"dan gedir.
Futbolçunun hazırkı dəyəri 8 milyon avrodur.
Qeyd edək ki, Firpo ötən mövsüm meydana çıxdığı 35 matçda 4 qol vurub, 10 məhsuldar ötürmə edib.
Sport1.az