"Leypsiq" baş.məşqçisi Marko Roze ilə yollarını ayırıb. Sport1.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komandanın son turda Münhenqladbax "Borussiya"sına 1:0 hesablı məğlubiyyətindən sonra bu addım atılıb. 2022-ci ilin sentyabrından "Leypsiq"də baş məşqçilik edən Rozenin rəhbərliyi altında komanda Almaniya Kuboku və Super Kubokunu qazanıb.
Qeyd edək ki, komanda mövsüm sonuna qədər Zsolt Lövə tapşırılıb. "Leypsiq" hazırda 42 xalla 6-cı pillədə qərarlaşaraq avrokuboklara vəsiqə qazanmaq şansını hələ də saxlayır.
Sport1.az