“Barsa”nın sabiq baş məşqçisi ərəblərin diqqət mərkəzinə düşüb.Sport1.az xəbər verir ki, Jorje Jesus ilə yollarını ayırmağı planlaşdıran “Əl-Hilal” rəhbərliyi Xavi Hernandezi komandanın “sükanı arxası”na gətirmək üçün əsas namizədlər siyahısına əlavə edib. Bu barədə “Plettigoal” məlumat yayıb.
Təcrübəli mütəxəssis daha öncə “Barselona” və Qətərin “Əl-Sədd” klubunu çalışdırıb.
Sport1.az