"Turan Tovuz" heyətini gücləndirə bilər.Sport1.az xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.
Premyer Liqa təmsilçisi "Ufa"da çıxış edən Oleq Baklovla danışıqlar aparır. Hazırda I Liqada 15 pillədə qərarlaşan komanda çempionatı tərk edərsə, tacikistanlı qolkiperlə yollar ayrılacaq. Çünki Rusiya II Liqasında legionerlər çıxış edə bilməzlər.
Qeyd edək ki, Oleq Baklov bu mövsüm 28 matçda meydanda olub. O, bu görüşlərin 9-da qapısını toxunulmaz saxlayıb.
AYAZ ZEYNALZADƏ
Sport1.az