İspaniyanın "Atletiko" klubu futbolçusu Antuan Qrizmanna əvəzləyici tapıb. Sport1.az xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.
Madrid təmsilçisinin rəhbərliyi “Vilyarreal”ın gənc oyunçusu Aleks Baenanı heyətinə qatmaq niyyətindədir.
Qrizmanən bu yay MLS-ə, konkret "Los Anceles" komandasına keçəcəyi gözlənilir.
Qeyd edək ki, Baena "Villarreal"da 26 matçda 6 qol vurub və 7 məhsuldar ötürmə verib. 23 yaşlı forvardın sərbəstqalma məbləği 60 milyon avrodur.
Sport1.az