"Kristal Pelas"ın müdafiəçisi Mark Queinin komandadan ayrılması gündəmdədir.Sport1.az xəbər verir ki, gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçu ilə "Nyukasl Yunayted" maraqlanır. Adı çəkilən klub artıq oyunçunun meneceri ilə danışıqlara başlayıb. 25 yaşlı müdafiəçinin transfer dəyəri 45 milyon avrodur. Qeyd edək ki, ingiltərəli ötən mövsüm 44 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az