Braziliyalı qapıçı Con Furtadonun Avropaya transferi gündəmdədir.
Sport1.az xəbər verir ki, 2028-ci ilin dekabrına qədər müqaviləsi olan futbolçu ilə İngiltərənin "Mançester Yunayted" və "Vest Hem Yunayted" klubları maraqlanır. 29 yaşlı qolkiperin hazırda transfer dəyəri 12 milyon avrodur.
Qeyd edək ki, o, ötən mövsüm meydana çıxdığı 35 oyunda 14 dəfə qapısını toxunulmaz saxlayıb.
Sport1.az