Kolumbiyalı yarımmüdafiəçi Nelson Deossa üçün Avropadan maraq var.Sport1.az xəbər verir ki, 2028-ci ilin dekabrına qədər “Monterrey”lə müqaviləsi olan futbolçu ilə “Porto” və “Vest Hem Yunayted” klubları maraqlanır. 25 yaşlı oyunçunun transfer dəyəri 6 milyon avrodur. Qeyd edək ki, Deossa ötən mövsüm 49 oyunda 10 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Sport1.az