Belçikalı forvardın İngiltərəyə transferi istisna olunmur.
Sport1.az xəbər verir ki, 2028-ci ilə qədər müqaviləsi olan "Leypsiq"in hücumçusu Lois Openda ilə "Tottenhem" və "Sanderlend" klubları maraqlanır. 25 yaşlı forvardın transfer dəyəri hazırda 50 milyon avrodur.
Qeyd edək ki, Openda ötən mövsüm 45 oyunda 13 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az