“Lids” və “Börnli” komandaları İngiltərə Premyer Liqasına yüksəliblər.
Sport1.az xəbər verir ki, hər iki kollektiv Çempionşipdə mövsümün bitməsinə iki tur qalmış elitaya vəsiqəni təmin ediblər.
“Börnli” ötən il, “Lids” isə 2023-cü ildə yüksək liqanı tərk etmişdi.
Premyer Liqanı tərk edəcək iki komanda da bəllidir. “Sauthempton” və “Lester”in aşağı liqaya yuvarlandığı rəsmiləşib. “İpsviç” klubunun elitada qalmaq şansları da minimuma bərabərdir.
Sport1.az