Rumıniya klubu "Kluj"un hücumçusu yay transfer pəncərəsinin diqqət mərkəzindədir.
Sport1.az xəbər verir ki, 2028-ci ilə qədər müqaviləsi olan Luis Montyanu ilə "Renn", "Malyorka", "Sevilya", "Nissa", "Lill" və "Ştutqart" klubları maraqlanır. 23 yaşlı forvardın transfer dəyəri 5 milyon avrodur.
Qeyd edək ki, rumıniyalı futbolçu ötən mövsüm 42 oyunda 25 qol və 3 məhsuldar ötürmə ilə seçilib.
Sport1.az