Ötən mövsümü icarə əsasında “Qalatasaray”da keçirən “Napoli”nin hücumçusu Viktor Osimhen Səudiyyə Ərəbistanının“Əl-Hilal” klubuna keçməyə yaxındır.
Sport1.az xəbər verir ki, nigeriyalı futbolçu “Əl-Hilal”la şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Forvardın Ər-Riyad klubunda ildə 30 milyon avro qazanacağı iddia olunur.
Hazırda klublar arasında şərtləri razılaşdırmaq qalır. Məlumata görə, “Napoli” transferi 75 milyon avro dəyərində qiymətləndirir, “Əl-Hilal” isə 70 milyon avro təklif edir.
Qeyd edək ki, Osimhen son mövsümdə "Qalatasaray"ın heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 32 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun "Napoli" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Sport1.az