“Real Madrid”in sabiq futbolçusu yenidən komandaya qayıdır.Sport1.az xəbər verir ki, Julio Baptista “kral klubu”na məşqçi olaraq geri dönür. Bu barədə “Marca” nəşri məlumat yayıb.
Baptista paytaxt təmsilçisinin aşağı yaş qruplarını çalışdıracaq.
Braziliyalı mütəxəssis son olaraq “Valyadolid”in ikinci komandasına rəhbərlik edib.
Qeyd edək ki, Julionu futbolçu olduğu dönəm “Real” 20 milyon avro qarşılığında “Sevilya”dan transfer etmişdi.
Sport1.az