İngiltərə Premyer Liqasının 37-ci turunda “Aston Villa” “Tottenhem”i qəbul edib.Sport1.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab 59-cu dəqiqədə Ezri Konsanın qolu ilə açılıb. 73-cü dəqiqədə fərqlənən Boubakar Kamara ikinci qolu rəqib qapısından keçirib.
Bu qələbədən sonra “Aston Villa” 66 xalla 5-ci, “Tottenhem” isə 38 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Sport1.az