Misli Premyer Liqasında XXXII tura bir oyunla start verilib.
Sport1.az-ın məlumatına görə, “Turan Tovuz” doğma azarkeşlər önündə “Şamaxı” ilə üz-üzə gəlib.
Tovuz şəhər stadionunda keçirilən görüş 1:1 hesabı ilə nəticələnib.
Meydan sahiblərinin heyətində 54-cü dəqiqədə Kauan Martins fərqlənib. “Şamaxı”dan qolu 56-cı dəqiqədə Brahim Konate rəqib qapısından keçirib.
Bu nəticədən sonra “Turan Tovuz” 49 xalla dördüncü yerdə qərarlaşıb. 7-ci yerdə olan “Şamaxı” isə 35 xala malikdir.
Qeyd edək ki, tura aprelin 28-də yekun vurulacaq.
Misli Premyer Liqası
XXXII tur
25 aprel
19:00. "Turan Tovuz" – "Şamaxı" 1:1
Qollar: Kauan Martins, 54 (1:0), Brahim Konate, 56 (1:1)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu
Sport1.az