Premyer Liqa klubu “Yuventus”un ulduz futbolçusunun transferində türklərə rəqib oldu.Sport1.az xəbər verir ki, “Nyukasl” Duşan Vlahoviçi heyətinə qatmağı planlaşdırır. Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Serbiyalı oyunçu ilə “Qalatasaray” və “Fənərbağça”nın da maraqlandığı qeyd edilir.
Xatırladaq ki, Vlahoviçin Turin klubu ilə 2026-cı ilin iyununa kimi müqaviləsi mövcuddur.
Sport1.az