Fransa Liqa 1 klubunun ulduz futbolçusu ilə yolları ayrılacaq.Sport1.az xəbər verir ki, Conatan Deyvid növbəti mövsüm “Lill”dən ayrılacağını rəsmən açıqlayıb.
25 yaşlı hücumçunun adı uzun müddət “Fənərbağça” ilə hallansa da qarşıdakı günlərdə “Napoli”yə transfer olunacağı ehtimal edilir.
Qeyd edək ki, bu mövsüm Fransa klubunun forması ilə 48 oyuna çıxan Conatan 25 qola, 12 məhsuldar ötürməyə imza atıb.
Sport1.az