Yapon müdafiəçi Erediviziyada çıxış edən klubların maraq dairəsindədir.Sport1.az xəbər verir ki, "Borussiya Mönxenqladbax"ın oyunçusu Ko İtakura ilə həm "PSV", həm də "Ayaks" yaxından maraqlanır. Gələn mövsümün sonunda müqaviləsi başa çatacaq 28 yaşlı futbolçunun transfer dəyəri 12 milyon avrodur.
Qeyd edək ki, İtakura ötən mövsüm 33 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Sport1.az