Gənc müdafiəçi Natan Zezenin karyerasını Yaxın Şərqdə davam etdirməsi gözlənilir.Sport1.az xəbər verir ki, 2028-ci ilə qədər “Nant”la müqaviləsi olan futbolçu ilə Səudiyyə Ərəbistanının NEOM klubu maraqlanır. Hər iki tərəfin artıq razılıq əldə etdiyi bildirilir. 20 yaşlı müdafiəçinin transfer dəyəri 15 milyon avrodur. Qeyd edək ki, Zeze ötən mövsüm 21 oyunda 1 qolla yadda qalıb.
Sport1.az