[b]Fransa Liqa 1-də çıxış edən "Lion" ciddi sanksiyalarla ilə üzləşib.
Sport1.az xəbər verir ki, klubun 2-ci liqaya düşürülməsinə qərar verilib.
Fransa Futbol Maliyyə Nəzarət Orqanı "Lion"la bağlı araşdırmanı yekunlaşdırıb. 505 milyon borcu olan klub ciddi sanksiyalarla üz-üzə qalıb. Aşağı liqaya yuvarlanmaqdan başqa, "Lion"a transfer qadağası və futbolçuların maaşlarının ödənilməsi ilə bağlı tələblər qoyulub.
Klubun amerikalı sahibi Con Tekstor Nəzarət Orqanına qısa müddət ərzində vəziyyəti düzəldəcəyini bildirsə də, hər hans orəliləyiş olmayıb. "Lion"un qərardan apelyasiya vermək hüququ var.
Qeyd edək ki, hələ noyabrda "Lion"a bununla bağlı xəbərdarlıq bildirilmişdi.
Sport1.az