AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport1.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XXVIII turundakı "Turan Tovuz" - "Qarabağ" oyununda (1:4) yaşananlara hüququ qiymət verilib.
“Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz” klubu 700 manat cərimə edilsin (maddə 37);
“Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);
Sport1.az