Ekvador millisinin üzvü Jorkaeff Reasko karyerasını Azərbaycanda davam etdirə bilər.Sport1.az xəbər verir ki, 26 yaşlı forvardla "İmişli" yaxından maraqlanır.
Tərəflər arasında danışıqlar davam edir.
Hazırda "El Nasional"da çıxış edən hücumçu 13 qarşılaşmada 5 qol vurub, 2 məhsuldar ötürmə edib.
Hücumçu karyerası ərzində "LDU Kito", "Dorados de Sinaloa", "Nyuells Old Boyz", "İnstituto", "Barselona" (Ekvador) kimi klublarda çıxış edib.
Forvard Ekvador millisində 5 oyunda top qovub.
Jorkaeff 114 matçda meydana çıxıb. Bu görüşlərdə 19 qol vurub, 8 məhsuldar ötürmə edib.
Sport1.az