Premyer Liqanın yeni təmsilçisi "İmişli" heyətini yerli və təcrübəli futbolçularla gücləndirmək niyyətindədir.Sport1.az xəbər verir ki, Aran təmsilçisi bu istiqamətdə 1 oyunçu ilə danışıq aparır. Söhbət Azər Salahlıdan gedir. Tərəflər maaş məsələsində razılaşsalar, keçid baş tutacaq.
Qeyd edək ki, millimizin sabiq üzvü ötən mövsüm "Neftçi"də çıxış edib. Müdafiəçi 22 qarşılaşmada meydana çıxsa da, fərqlənə bilməyib.
EMİN ZEYNALLI
Sport1.az