"İmişli"nin yeni baş məşqçisinin kimliyi bəlli oldu.Sport1.az xəbər verir ki, klub Xorxe Kaskilya ilə 1 illik müqavilə imzaladığını açıqladı.
Görəsən, portuqaliyalı Azərbaycanda uğurlu olacaq? "İmişli"nin bu seçimi doğrudur?
Sualımızı Arif Əsədova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
"İndidən "İmişli"nin baş məşqçi təyinatı haqda nəsə demək düzgün çıxmaz. Xorxe Kaskilya işinə başladıqdan sonra qiymət vermək olar. Onun edəcəyi transferlərdən də çox şey asılı olacaq". Qeyd edək ki, portuqaliyalı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Onunla birgə çalışacaq məşqçi heyəti də müəyyənləşib. Kriştiano Duraeş və Qilyerme Kadete köməkçi məşqçi, Elşad Tahirov qapıçılar, Uliyan Qoqa isə fiziki hazırlıq üzrə məşqçi olacaq.
Sport1.az